<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Alqışlar o yüksək, uca Adına,
 Göylərin, yerlərin Yaradanına!
 Alqışlar bizimçün ölən Qurbana
 Sən bu alqışları məndən qəbul et.

[V2]
 Rəbbim, yalnız Sənə səcdə edirəm,
 Müqəddəs Ruhunla dua edirəm.
 Kədəri, sevinci Sənlə bölürəm,
 Sən bu duaları məndən qəbul et.

[V3]
 Qəbul et oxunan nəğmələrimi,
 Sənə izzət verən şeirlərimi,
 Ürəkdə deyilən şükürlərimi,
 Sevimli Allahım, məndən qəbul et.

[V4]
 Yaşa məndə bütün dolğunluğunla
 Kamilləşdir məni Öz Kəlamınla.
 Nurlandır, Allahım, məni nurunla
 Məni bir övlad tək Göyə qəbul et.</lyrics>
<title>Alqışlar o yüksək, uca Adına İL3</title>
<hymn_number>3</hymn_number>
</song>